Vaxt.Az

Yenə yay, yenə yanğın


 

Kanada meşələrindəki alov 95 min hektara yayılıb

Yenə yay, yenə yanğın Kanadanın Alberta əyalətinin şimalına təsir edən meşə yanğınları 95 min hektar ərazini əhatə edib. “CBC News”un məlumatına görə, Alberta əyalətinin rəsmisi Kristi Taker bölgədəki meşə yanğınlarının hələ də nəzarət altına alınmadığını açıqlayıb.

Taker yanğınlarının iyulun 19-dan bu yana 30 min hektar artdığını və təxminən 95 min hektar əraziyə yayıldığını bildirib.

Rayon sakinləri üçün təxliyə göstərişi verilərkən yanğının rayonun mühüm nəqliyyat yollarından biri olan 58-ci magistral yoluna yaxınlaşdığı qeyd edilib.

Kanadanın şimal-şərqindəki meşə yanğınları səbəbindən iyulun 13-də təxminən 9 min insan təxliyə edilib.

 





21.07.2024    çap et  çap et