Vaxt.Az

«İnsanlar məni qınadı»


 

«Amma mən başqalaşmağı sevirəm»

«İnsanlar məni qınadı» Xalq artisti Rasim Balayev «Mədəniyyət» kanalının onun haqqında çəkdiyi sənədli filmdə maraqlı və bəlkə də sensasiya sayıla biləcək fikirlər səsləndirib. AzNews.az xəbər verir ki, aktyor çəkildiyi bəzi filmlərə görə yaxınları tərəfindən qınanıldığını, incidildiyini bildirib.

«Məni tamaşaçılara sevdirən obrazlarım bəzən mənə problemlər yaradıb. Məsələn, «Həm ziyarət, həm ticarət», «Otel otağı» filmlərində çəkildiyimə görə yaxın insanlar məni qınayıblar. Amma mən başqalaşmağı, fərqli obrazlar oynamağı sevirəm».

Aktyor çəkilmək istədiyi rollardan da danışıb: «Çox istərdim ki, bir tragikomik rol oynayım. Hətta bu barədə dəfələrlə rejissorlara mesaj da göndərmişəm. İnanıram ki, nə vaxtsa belə bir obraz oynayacağam».

Qeyd edək ki, Rasim Balayevi yaxınları tərəfindən qınaq obyektinə çevirən hər iki film mərhum rejissor Rasim Ocaqov tərəfindən ekranlaşdırılıb.

 





03.04.2014    çap et  çap et