ABŞ-ın aparıcı demokratlarından olan Nensi Pelosi Kamala Harrislə bağlı səssiz qalıb. Demokratlar Partiyasının nüfuzlu simalarından olan Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ prezidenti Co Baydenin seçki yarışından çəkilməsindən və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqladıqdan sonra onunla bağlı bir söz demədi.
Pelosi sosial media hesabından verdiyi açıqlamada “Bayden hər zaman ölkəni birinci yerə qoyan vətənpərvərdir” deyib.
Baydenin dünyagörüşü, dəyərləri və liderliyinin onu Amerika tarixinin ən mühüm prezidentlərindən birinə çevirdiyini vurğulayan Pelosi ona minnətdar olduğunu qeyd edib.
Pelosi “Allah Amerikaya Baydenin yaxşılığı və mükəmməlliyi ilə xeyir-dua verdi” desə də, Harris haqqında açıqlama verməkdən çəkindi.
ABŞ-ın keçmiş prezidenti Barak Obama da açıqlamasında Harrisin adını çəkməyib.
çap et