CNN telekanalına danışan Vuhan şəhərində yaşayan 27 yaşlı Leon Li icraçı köməkçisi kimi işini tərk edərək evləri təmizləməyə başlayıb. Özünü daha sağlam hiss etdiyini deyən Li, verdiyi qərarın həyatına təsirlərini bu sözlərlə izah edib: “Artıq başım gicəllənmir, daha az təzyiq hiss edirəm və hər gün enerji ilə doluyam”.
İllik maaşı 95 min dollardan çox olan 30 yaşlı Alis Uang da aprel ayında e-ticarət şirkətindəki işindən istefa verib və ev heyvanlarına qulluq biznesinə başlayıb. Köhnə işində özünü fiziki olaraq “çox cansız və durğun” hiss etdiyini deyən Uang, indi özünü fərqli hiss etdiyini deyir.
Bildirilir ki, yeni trenddə yeni məzunlar üçün daha rəqabətli əmək bazarının formalaşdırılması da səmərəlidir.