Yeni düzəlişə görə, Rusiya vətəndaşlığını sadələşmiş yolla ana dili rus dili olanlar, birbaşa valideynləri və ya əcdadları daha öncə Rusiyada, yaxud Rusiya imperiyasında və ya SSRİ-də, yaxud da çağdaş Rusiya sərhədləri daxilində yaşamış xaricilər ala biləcək.
Qanuna görə, həmin vətəndaşlar rus dilini bilmə səviyyəsini müəyyən etmək üçün müsahibədən keçəcəklər. Xaricilər öz ölkəsinin vətəndaşlığından imtina etdikdən sonra bu prosedurdan yararlana bilərlər.
Yeni qanuna görə, rus dilində yaxşı danışan və öz respublikasının vətəndaşlığından imtina edəcək əmək miqrantları üç ay müddətində Rusiya vətəndaşına çevrilə biləcəklər.