Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kenani ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.
Razılaşma tərəflərinin öhdəliklərinə qayıtması halında nüvə sazişinin yenidən həyata keçirilməsinin mümkün olduğunu bildirən Kenani, “İran müqavilədəki bütün öhdəliklərinə əməl edən tərəfdir və digər tərəflər də bu öhdəliklərə əməl etməlidir”, – deyi.
ABŞ prezidenti Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı sözçü Kenani deyib: "ABŞ-da hökumətlərin və ya şəxslərin gəlib-getməsi bizim üçün önəmli deyil. Burada həlledici olan ABŞ-ın ABŞ-a qarşı düşmənçilik siyasətidir. Bu siyasətlərin köklü bir dəyişməsi münasibətlərin gedişatını dəyişdirə bilər”.
Mətbuat konfransında xarici işlər nazirinin müavini və İranın Ankaradakı keçmiş səfiri Əli Rıza Biqdeli də çıxış edib.