Qaydaya əsasən, Kosovo pasportu sahiblər serblər Şengen bölgəsinə 180 günlük müddət ərzində 90 günə qədər viza tələb etmədən səyahət edə biləcəklər.
Serbiyanın xarici işlər naziri Marko Djuric sosial media hesabındakı paylaşımında bu qərarı alqışlayıb və bildirib ki, bu, “Kosovodakı serblərin insan haqları üçün kiçik, lakin mühüm qələbədir”, – deyib.
Kosovonu müstəqil dövlət kimi tanımayan Serbiya bu ölkədəki vətəndaşlarına Serbiya pasportu verir.
Kosovo səlahiyyətliləri isə “qanunsuz” adlandırdıqları pasportları “suverenliklərini pozduqları” üçün qəbuledilməz adlandırırlar.
Digər tərəfdən, Kosovo pasportu daşıyan Kosovo vətəndaşları yanvarın 1-dən etibarən Şengen bölgəsinə vizasız gedə bilərlər.