Ağ Evin paylaşdığı açıqlamaya görə, O'Konnor, Baydenin iyulun 17-də tutduğu “Covid-19” simptomlarından “demək olar ki, tamamilə” sağaldığını söyləyib.
Virusla mübarizədə Baydenə bu gün Paxlovid dərmanının 10-cu dozası verildiyini qeyd edən O'Konnor ABŞ prezidentinin bütün prezidentlik vəzifələrini davam etdirdiyini və vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Ağ Evin sözçüsü Karin Jan-Piyer iyulun 17-də Baydenin “Covid-19” testinin müsbət olduğunu açıqlayıb.
Jan-Piyer, yüngül simptomlar göstərən Baydenin Delaverdəki evində özünü təcrid edəcəyini qeyd edib.
Digər tərəfdən ABŞ mətbuatında əksini tapan xəbərlərdə Baydenin Vaşinqtonda İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşüb-görüşməyəcəyinin hələ də bəlli olmadığı, Baydenin təcrid olunması səbəbindən görüşün hələ dəqiqləşdirilmədiyi bildirilir.