Vaxt.Az

Borrell boykot edib


 

“Simvolik də olsa, siqnal göndərməliyik”

Borrell boykot edib Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell bu gün AB xarici işlər nazirlərinin gələn ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək qeyri-rəsmi toplantısının boykot edildiyini açıqlayıb.

Almaniya Xəbər Agentliyinin (DPA) məlumatına görə, Borrell Avropa Birliyi xarici işlər nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib: “Simvolik də olsa, siqnal göndərməliyik”. Siyasi məsələlərin müzakirəsi üçün blokun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün Budapeştdə deyil, Brüsseldə keçirilməsi planlaşdırılır.

Boykot qərarı Macarıstan Avropa Birliyinə sədrlik edəndən sonra Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya səfər edən Macarıstanın baş naziri Viktor Orbanın şəxsən elan etdiyi “sülh missiyasına” cavabdır.

Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Macarıstanın baş nazirinin Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Tszinpin və ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşmək üçün adıçəkilən ölkələrə etdiyi diplomatik səfərindən qəzəblənərək və blokdan icazə almadığını israr edərək Orbanın hərəkətlərinə etiraz ediblər.

 





23.07.2024    çap et  çap et