Peskov, “Biz səbirli olmalı və baş verənləri diqqətlə izləməliyik. Bizim prioritetimiz xüsusi hərbi əməliyyatdır”, – deyib.
Kremlin sözçüsü Dmitri Peskov “Shot” xəbər saytına deyib: “Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir”.
Peskov, “Biz səbirli olmalı və baş verənləri diqqətlə izləməliyik. Bizim prioritetimiz xüsusi hərbi əməliyyatdır”, – deyib. “Reuters”in verdiyi məlumata görə, Peskov prezident Vladimir Putinin Ukraynadakı müharibəni təsvir edərkən işlətdiyi “xüsusi hərbi əməliyyat” ifadəsini işlədib.
Demokrat dostlarının artan təzyiqi altında Bayden dünən prezidentlik yarışından geri çəkildi və gələn noyabr seçkilərində Respublikaçı Donald Trampla qarşılaşmaq üçün namizəd Kamala Harrisi dəstəklədiyini açıqladı.