Vaxt.Az

2013-ün çıxmayan dəbi


 

Bu ilin aparıcı dəb tendensiyası məlum oldu

2013-ün çıxmayan dəbi Nyu-Yorkda yüksək moda həftəsi öz işinə başlayıb. Dünya moda aləminin ən məşhur simaları Nyu-Yorkda öz kolleksiyalarını təqdim etməklə yanaşı, 2013-cü ilin yaz tendensiyalarını da müəyyən etməklə məşğuldurlar. Dünyanın 80-dən çox dizaynerinin, o cümlədən Ralp Lauren, Calvin Klein, Michael Kors, Donna Karan, Zac Posen, Max Azrianın cəlb olunduğu moda həftəsi öz yeniliklərini dünya tamaşaçılarına göstərmək niyyətindədir.
Shou Nyu-Yorkun bir neçə məşhur arenalarında keçirilir, ən son təqdimat isə “Linkoln” mərkəzində olacaq.
Artıq moda ekspertləri 2013-cü il yaz tendensiyaları arasında ən yadda qalan nüansı qeyd ediblər.
Belə ki, gələn ilin yaz ayı üçün qara və qırmızı rənglərin sintezi dəbdə olacaq.
 





30.12.2012    çap et  çap et