Vaxt.Az

Madurodan seçki xəbərdarlığı


 

“İrqçi oliqarxiyanı yerinə oturtacağıq”

Madurodan seçki xəbərdarlığı Venesuela prezidenti Maduro ifrat sağçı ekstremistləri seçkilərə kölgə salmaqda ittiham edib. Böyük Vətənpərvər Qütbün (Gran Polo Patriotico) namizədi Maduro partiyasının Nueva Esparta əyalətinin Porlamar şəhərində təşkil etdiyi mitinqdə ictimaiyyətə müraciət edib.

Maduro ölkəsindəki ifrat sağçıların bazar günü keçiriləcək seçkilərə kölgə salmağa çalışdıqlarını bəyan edərək, ictimaiyyətdən təxribata əl atmamağı xahiş edib.

Təhlükəsizlik qüvvələrinin zorakılıq hərəkətləri və elektrik stansiyalarına ola biləcək hücumlara qarşı hazır vəziyyətdə olduğunu vurğulayan Maduro, “İnsanlara zərər vermək üçün etdikləri onların son səhv olardı. Bəsdirin. Venesuelanın sülhə, iqtisadi böyüməyə və rifaha ehtiyacı var”, – deyib.

Maduro 6 ay ərzində ehtiyacı olanlar üçün ən az 3 milyon yeni ev tikəcəklərini və bu evlərin 400 minini 2025-ci ildə təhvil verəcəklərini bildirib. Venesuela oliqarxiyasının ölkənin neft ehtiyatlarını qrinqolara (ABŞ-ı nəzərdə tutur) ötürmək istədiyini iddia edən Maduro, “28 iyulda böyük bir qələbə qazanıb irqçi oliqarxiyanı yerinə oturtacağıq. Onlar sanksiyalara, blokadaya və iqtisadi müharibəyə görə cavabdeh olduqları üçün həbs olunacaqlar”, – deyib.

Venesuela xalqı yeni prezidenti seçmək üçün iyulun 28-də seçkiyə gedəcək. Seçkilərin prezident Nikolas Maduro ilə müxalifətin ümumi namizədi Edmundo Qonzales arasında keçiriləcəyi gözlənilir.

 





23.07.2024    çap et  çap et