“Girlguiding” (qız bələdçisi) təşkilatının apardığı araşdırma da müəyyən edib ki, 11-16 yaş arası hər 10 qızdan təxminən 4-ü pəhriz saxlayır və yarıdan çoxu arıqlamaq istəyir.
Gənclik təşkilatının tədqiqatçıları 2734 qız və gənc qadın arasında sorğu keçirib və müəyyən ediblər ki, 11-16 yaş arası qızların dörddə birindən bir qədər çoxu gələcək 20 il ərzində hansısa məqamda öz görünüşlərində estetik əməliyyat keçirməyi düşünəcəklərini bildiriblər. 17-21 yaş arası qızlar üçün bu nisbət təxminən yarıya qədər artıb.
“People's Postcode Lottery” tərəfindən edilən araşdırma, 7-21 yaş arası qızların yarıdan çoxunun xarici görünüşü ilə bağlı mənfi şərhlər aldığını müəyyən etdi.
“Girlguiding”in prezidenti Angela Solt (Angela Salt), “Görünüş komplekslərinin cəmiyyətimizdəki qızlara necə dağıdıcı təsir göstərdiyini görmək ürək ağrıdır”, – deyib.
“Araşdırmamız göstərir ki, qızları narahat edən bu komplekslərin gün ərzində onların sağlamlığına və özünə inamına təsirləri qaçılmazdır. Ona görə də bu məsələni gündəmə gətirmək və internetdə şəffaflığı artırmaq vacibdir.
“Girlguiding”də bizim üçün qızların sərbəst olmaqları, əylənmələri, öyrənmələri, araşdırmaları və hər şeyi bacaracaqlarını hiss etmələri üçün təhlükəsiz yerlə təmin etməyə davam etməyimiz vacibdir”.
11-21 yaşlı hər 10 qızdan 6-nın əvvəllər və ya indi yemək rasionu pozulan dostu və ya yaşıdları var.
Araşdırmada, bu yaş qrupunda olan qızların demək olar ki, yarısının bu il özlərini narahat hiss etdirən görüntülərlə qarşılaşdıqlarını, yarıdan bir qədər çoxunun isə “internetdəki filtrlərdən keçən şəkillərdəki” kimi görünmək istədikləri müşahidə edilib.
7 yaşında olan qızlar eyni yaşda olan oğlanlara nisbətən fərqli gözəllik standartlarına və daha tənqidi baxışlara məruz qalır.