Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, Efiopiyanın cənubundakı Qofa bölgəsində baş verən fəlakətdə itkilər durmadan artır. Səlahiyyətlilər qeyd edib ki, dağlıq ərazidə leysan yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində qadın və uşaq da daxil olmaqla onlarla insanın cəsədi tapılıb. Rəsmilərdən Misikir Mitiku dövlət televiziyasına verdiyi açıqlamada ölənlər arasında axtarış-xilasetmə qrupunun üzvlərinin də ola biləcəyini bildirib.
Qofa qubernatoru Daqmavi Ayele bildirib ki, cəmiyyət bu cür fəlakətlərlə mübarizə aparmaq üçün daha yaxşı təchiz olunmalıdır. Ayele, sürüşmə nəticəsində yaranan can itkisi, dağıntı və zərər üçün axtarış-xilasetmə və aşkarlama işlərinin davam etdiyini vurğuladı.
Efiopiyanın cənubunda sürüşmələr əsasən yağışlı mövsümdə, iyun-avqust aylarında baş verir.