Vaxt.Az

“Məni xərəylə düşürmək istədilər”


 

Donald Tramp Co Baydenlə telefon söhbətindən danışıb: “Mənə dedi ki, çox şanslısan”

“Məni xərəylə düşürmək istədilər” ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi və ABŞ prezidenti Co Baydenin seçkiyə aylar qalmış namizədlikdən əl çəkməsi ilə ABŞ tarixində heç vaxt görmədiyi qədər gərgin bir seçki dövrü keçir.

Baydenin “mənim namizədim” adlandırdığı Kamala Harrisin Trampa qarşı şansının olub-olmaması müzakirə olunarkən, keçmiş prezidentə qarşı sui-qəsd Gizli xidmətdə zəlzələ effektinə səbəb olub.

***

Dünən gərgin keçən iclasda Məxfi xidmət direktoru Kimberli Çitl sui-qəsdin baş verdiyi Pensilvaniya ştatında seçki mitinqindən əvvəl təhlükəsizlik hazırlıqları ilə bağlı parlament üzvlərinin suallarını cavablandırıb. Dörd saat davam edən dinləmədə senatorlar Çitlın verdiyi cavablar üzərindən Məxfi xidmətin ictimaiyyətə məlumat verməməsinə görə direktoru sərt şəkildə tənqid edib.

Nümayəndələr Palatasının üzvləri şübhəli Tomas Metyu Kruksun dama necə çıxdığını və şübhəli şəxsin olduğu bilindiyi halda, Trampın niyə səhnəyə buraxıldığını soruşublar. Həm Demokratlar, həm də Respublikaçılar onun istefasını tələb edərkən, Çitl müqavimət göstərərək, onun hazırkı dövrdə Məxfi xidməti idarə etməyə ən layiqli şəxs olduğunu vurğulayıb.

***

Sui-qəsd cəhdindən sonra medianın ona göstərdiyi diqqətdən xoşbəxt görünən Donald Tramp “Fox News”da Kess Uattersə müsahibəsində hadisədən sonra ABŞ prezidenti Co Baydenlə telefon danışığından söz açıb.

Keçmiş prezident Baydenlə danışığını “gözəl söhbət” adlandırıb.

***

Tramp, Baydenin telefon danışığında ona “sağa döndüyün üçün çox şanslısan” deyib.

Keçmiş prezident iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinq zamanı çəkiliş zamanı ekranda əks olunan rəsmə baxmaq üçün başını çevirərək ölümdən çətinliklə xilas olub.

***

Tramp həmçinin müsahibəsində bildirib ki, Məxfi xidmət agentləri onun mədəsindən vurulduğunu düşünüblər və böyük çaxnaşma yaşayıblar.

Agentlərin onu xərəkdə səhnədən düşürmək istədiklərini deyən Tramp bunu qətiyyən qəbul etmədiyini bildirib.

 





23.07.2024    çap et  çap et