Sessiyanın yekun bəyannaməsində qeyd olunub ki, “məqsəd pensiya yaşının tədricən və müntəzəm olaraq, müvafiq çeviklik və könüllülük əsasında artırılmasıdır”.
Bəyannamədə pensiya yaşının nə qədər və neçə il artırılacağı ilə bağlı detallar yer almayıb.
Çinin rəsmi nəşrlərindən olan “Global Times” qəzetində yer alan xəbərə görə, pensiya yaşının digər ölkələrə nisbətən daha erkən olduğu Çində kişilər 60, qadınlar isə 50 və ya 55 yaşında pensiyaya çıxmalı olurlar.
2022-ci ilin oktyabrında ÇKP-nin 20-ci Milli Qurultayında 5 il müddətinə seçilən Mərkəzi Komitənin 3-cü Ümumi Yığıncağı 15 iyul 2024-cü ildə başlayıb və iyulun 18-də başa çatıb.