Vaxt.Az

Alimlər “canlı robotlar” üçün tənzimləmə istəyirlər


 

Mühəndislər getdikcə daha çox real, canlı toxuma və hüceyrələrlə süni robotlar yaradırlar

Alimlər “canlı robotlar” üçün tənzimləmə istəyirlər “Proceedings of the National Academy of Sciences” akademik jurnalında “Bio-hibrid robototexnika tədqiqatlarında etika və məsuliyyət” başlıqlı məqalə dərc olunub.

Tədqiqatçılar deyirlər ki, “canlı robotların” hazırlanmasında daha çox tənzimləmə və daha yaxşı etik çərçivələr lazımdır. Mühəndislər getdikcə daha çox təkcə süni hissələrə deyil, həm də laboratoriyada yaradılmış canlı toxuma və hüceyrələrə əsaslanan və imkanlarından istifadə edilə bilən robotlar yaradırlar.

Lakin bir çox akademik fənlər üzrə çalışan tədqiqatçılar qrupu bu texnologiyanın böyüməsi etik anlayışla mütənasib deyil və mövcud texnologiyaların idarə olunması ilə bağlı mühüm xəbərdarlıq edir.

Alimlər bildirirlər ki, texnologiya başqa cür mümkün olmayan faydalar verir. Lakin onlar təhlükələrin kifayət qədər nəzərə alınmadığını bildiriblər. Məsələn, texnologiyanı araşdıran 1500-dən çox nəşrdən yalnız 5-i canlı toxumadan robot maşınlarda istifadənin etik aspektlərini ətraflı müzakirə edib.

“Biohibrid robotların idarə edilməsində qarşılaşılan problemlər biotibbi cihazların, kök hüceyrələrin və digər texnologiyaların tənzimlənməsində qarşılaşılan çətinliklərdən heç də fərqlənmir”, – deyə məqalənin aparıcı müəlliflərindən biri olan “Southampton” Universitetindən Rafael Mestr bildirib.

Lakin sırf mexaniki və ya rəqəmsal texnologiyalardan fərqli olaraq, biohibrid robotlar bioloji və sintetik komponentləri görünməmiş üsullarla qarışdırır. Bu, unikal potensial faydalar və o cümlədən mümkün təhlükələr gətirir.

Potensial etik məsələlər və suallar genişdir. Lakin bunlara həmçinin belə bir sistemin nə vaxt şüurlu sayıla biləcəyi və onun hansı mənəvi statusa malik ola biləcəyi ilə bağlı suallar da daxildir.

“Biohibrid robotlar unikal etik dilemmalar yaradır”, – deyə məqalənin əsas müəlliflərindən biri, İspaniyadakı Basklar Ölkəsi Universitetindən (“University of the Basque Country”) Anibal M. Astobiza bildirib.

Onların istehsalında istifadə edilən canlı toxuma, şüur ​​qazanma potensialı, ətraf mühitə fərqli təsiri, qeyri-adi mənəvi vəziyyəti və bioloji təkamül və ya uyğunlaşma qabiliyyəti sırf süni və ya bioloji texnologiyalardan kənara çıxan unikal etik dilemmalar yaradır.

Tədqiqatçılar süni intellekt və insanın klonlaşdırılması kimi digər yeni texnologiyalarla bağlı oxşar müzakirələrə diqqət çəkiblər. Etik suallar bu digər yeniliklərin miqyasındadır, lakin onlar haqqında fikir ayrılıqları daha azdır.

 





24.07.2024    çap et  çap et