Vaxt.Az

Bayden düşmədən qərarı qüvvədən düşdü


 

ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib

Bayden düşmədən qərarı qüvvədən düşdü ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 2,8 milyard dollar dəyərində xarici hərbi satış paketini təsdiqləməyə qərar verib. Bu barədə Pentaqon daxilində xarici silah satışına nəzarət edən Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən yazılı açıqlama yayılıb.

Açıqlamada, Səudiyyə Ərəbistanına 2,8 milyard dollar dəyərində hərbi “sistem logistikası və davamlı dəstək” elementlərinin yer aldığı satış paketinin təsdiqləndiyi və lazımi sertifikatın Konqresə verildiyi bildirilib.

Təsdiqlənmiş bu satışın Körfəz Bölgəsində siyasi sabitlik və iqtisadi tərəqqi qüdrətini təşkil edən müttəfiq ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyini artıracağı və bunun ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi bildirilib.

Açıqlamada təklif edilən satışın Səudiyyə Ərəbistanının indiki və gələcək təhdidləri qarşısını almaq qabiliyyətini artıracağına diqqət çəkilərək, satışa icazə verilən avadanlıq və dəstəyin bölgədəki əsas hərbi balansı dəyişməyəcəyi qeyd edilib.

2021-ci ilin fevral ayında ABŞ-dakı Bayden administrasiyası Yəməndə zorakılığın azaldılmasına yönəlmiş yeni siyasətlərinə uyğun olaraq Səudiyyə Ərəbistanına hərbi texnika və silah satışına məhdudiyyətlər qoymağa qərar vermişdi.

 





24.07.2024    çap et  çap et