Radakin bu sözləri Britaniya Kral Silahlı Qüvvələr İnstitutunun (RUSİ) təşkil etdiyi “Quru müharibəsi” adlı konfransındakı çıxışında edib.
İyulun 4-də İngiltərədə keçirilən seçki öncəsi icbari hərbi xidmətin tətbiqi ilə bağlı müzakirələrə də toxunan Radakin buna ehtiyac olmadığını deyib. Radakin davam edib: “Yaxın müddətli maliyyə çətinliklərinin öhdəsindən gəlmək lazımdır. Biz tarixi sərmayənin az olması ilə üzləşirik”.
Rusiyanın qərb dünyasının düşmənləri arasında lider olduğunu bildirən Radakin, Rusiyanın Ukrayna müharibəsi nəticəsində verdiyi itkiləri 10 ildən artıq müddətdə əvəzləyəcəyini iddia edib.
Rus ordusu ilə Britaniya ordusunu müqayisə edən şərhlərə gəlincə, Radakin Radakin həmçinin NATO-nun Rusiya üzərində çox böyük üstünlüyü olduğuna da diqqət çəkib: “Böyük Britaniya və Rusiyanı qarşılaşdırarkən Rusiyaya və ya hər hansı digər təcavüzkara qarşı müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə döyüşəcəyimizi nəzərə almadan müqayisə edəndə qəzəblənirəm”, – deyib.
***
Rusiya prezidenti Vladimir Putinin NATO-nun adi hərbi üstünlüyünə qarşı “nüvə təhdidləri etdiyini” vurğulayan Radakin, bu üstünlük davam etdikcə Rusiyadan nüvə hücumu ehtimalının olmadığını vurğulayıb.
Radakin qeyd edib ki, NATO-nun silahlı 3,2 milyon əsgəri olduğu halda, Rusiyada bu rəqəm 1,2 milyondur. Radakin, NATO üzvlərindən birinə hücumun “hamısına hücum etmək” mənasını verən 5-ci maddəyə diqqət çəkərək deyib: “Putin NATO üzvünə 5-ci maddəni işə salacaq şəkildə birbaşa hücum edə bilməz. Biz gördük ki, o, rəqəmsal infrastrukturumuzun ən zəif olduğu məkanda, kiberməkanda və ya su altında bizi hədələyir. Əsgər kimi bizim rolumuz ictimaiyyəti sakitləşdirmək, qətiyyətimizi güclü tutmaqdır. Təhdidlər dəyişə və inkişaf edə bilər. Biz onları daim nəzərdən keçiririk və müttəfiqlərimizdən aldığımız kəşfiyyat məlumatları müqayisə edirik”.