***
İlon Mask sosial media hesabında bu iddialara cavab verib. “Mən heç vaxt Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün hər ay 45 milyon dollar bağışlayacağımı deməmişəm”, - Mask deyib.
Mövzu ilə bağlı məlumatı olan insanlara əsaslanaraq WSJ-nin xəbərində Maskın Trampın kampaniyasına ayda təxminən 45 milyon dollar ianə verməyi planlaşdırdığı iddia edilmişdi.
***
İyulun 13-də seçki mitinqində Donald Trampa silahla hücum edildikdən sonra Mask ilk dəfə Trampı dəstəklədiyini açıq şəkildə bildirdi. Sosial media hesabında tez-tez demokratları tənqid edən Mask, hücuma məruz qaldıqdan sonra prezidentlik yarışında Trampı dəstəklədiyini açıq şəkildə bildirdi.
ABŞ-da prezident seçkiləri əsasən donorlar tərəfindən maliyyələşdirilir, ona görə də ianələr seçki yarışında mühüm rol oynayır.