ABŞ prezident seçkilərində mediada “dünyanın ən güclü adamı” tərifinin kimə verilməsinə diqqət yetirilməlidir. Çünki dünyanın ən güclü ölkələri yer üzündəki bütün məsələlərlə bağlı qərarlarına nəzarət edir. Bu kontekstdə nə sirr, nə də təəccüblü deyil ki, dünyanın əksər hakim dairələri müxtəlif ehtimallara, birincisi, prezident Trampın ikinci dövrünün Amerikası ilə Venslə birlikdə necə davranacağına, ikincisi, bu ikilinin daxili problemləri necə həll edəcəyinə dair mövcud imkanlarına baxacaq. Belə davranış başa düşüləndir, hətta zəruridir. Anlaşılmaz və hətta gülməli olan isə bəzi insanların səmadan keçən buludları öz təxəyyüllərinə uyğun formalaşdırmaq kimi illüziyalara qapılmalarıdır.
Prezident Co Baydenin prezidentlik yarışından geri çəkildiyini elan etməsi bir çox partiyanın Trampın qələbəsini təminatlı hesab etməsinə səbəb olub. Bəli, doğrudur ki, bütün sorğular Respublikaçı namizədə demokrat rəqibi Baydendən qat-qat yüksək faizlər verir. Amma bu da həqiqətdir ki, istənilən demokratik ölkədə bir namizədin digər namizədə mütləq qalib gələcəyini söyləmək məntiqi baxımdan qəbuledilməzdir. Hər seçkidə sürprizlər gözlənilməlidir. Üstəlik, Kamala Harrisin namizədliyi Demokratlar Partiyası tərəfindən təsdiqlənərsə, balanslar dəyişə bilər. Bu cür qəti proqnozlar vermək dünya çempionatları zamanı komandalar üzərindən mərc etmək tələsinə düşmək kimidir. Tarixdə, proqnozların əslində bir illüziya olduğu ortaya çıxanda bir çox insanın yaşadığı şokla bağlı çox nümunə verə bilərik.
Eyni kontekstdə İsraildə ifrat radikalizmlə səciyyələnən tərəfin əvvəldən Trampın qələbəsinə “stavka” etdiyi məlumdur və Baydenin geri çəkilməsi ilə Benyamin Netanyahunun gözləntilərinin daha da artması təbiidir. Lakin bu partiya və orbitində olan hər kəs Yaxın Şərq məsələsinin ancaq Amerika prezidentinin dəyişməsi ilə yox olacağını təsəvvür edirsə, istər respublikaçı, istərsə də demokrat olsun, buludlar kimi keçici xəyallara qapılır.