Partlayış Ukraynada davam edən işğalçı müharibədə iştirak etdiyi deyilən Andrey Torqaşov və həyat yoldaşının avtomobilə minməsi zamanı baş verib. Partlayış nəticəsində xəsarət alan Torqaşov və həyat yoldaşı xəstəxanaya aparılarkən, dayanacaqda olan bəzi avtomobillərə də ziyan dəyib.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk sosial media hesabında verdiyi açıqlamada hadisənin avtomobilə quraşdırılmış naməlum əşyanın partlaması nəticəsində baş verdiyini bildirib.
Volk, polisin hadisəylə bağlı araşdırmasının davam etdiyini ifadə etdi.