Vaxt.Az
“İstefadan söhbət gedə bilməz”
Makron olimpiada bitənə qədər baş nazir təsdiq etməyəcək
Fransa prezidenti Emmanuel Makron dünən (çərşənbə axşamı) səlahiyyət müddəti bitmədən istefa verməyəcəyini və Fransa Olimpiya Oyunları 2024-ə ev sahibliyi etdiyi üçün (26 iyul – 11 avqust) qlobal idman tədbiri zamanı “xaos yaranması” təhlükəsinə qarşı avqustun ortalarından əvvəl yeni baş naziri təsdiqləməyəcək: “Açığını deyim ki, avqustun ortalarına qədər diqqətimizi oyunlara yönəltməliyik. Bundan sonra baş naziri təyin etmək və ona hökumətin formalaşdırılması və bu hökumətin fəaliyyət göstərməsi və sabitləşməsi üçün ən geniş dəstəyin verilməsi vəzifəsini vermək mənim öhdəmə düşəcək”, – deyə o bildirib.
Seçkilərdə birinci olan solçu partiyaların
koalisiyası Yeni Xalq Cəbhəsi dünən ictimaiyyətə məlum olmayan bir şəxsi
baş nazir postu üçün Makrona təklif etməyə razılaşdı. Lakin Prezident koalisiyanın “Milli
Məclisdə çoxluğu yoxdur” əsas gətirərək namizədliyi rədd edib.
Prezident deyib ki, “heç kim öz proqramını həyata keçirə
bilməz. Nə yeni Xalq Cəbhəsi, nə gedən çoxluq, nə də Respublikaçı Sağ. Bu
partiyaların məsuliyyəti bütün Avropa demokratiyalarının etdiyi, bizim ənənəmiz
olmasa da, amma vətəndaşlarımız gözlədiyini etməkdir. Bu, güzəştə getməkdir”.
24.07.2024
çap et