Vaxt.Az

Rusiyadan AB-yə Ermənistan təpkisi


 

“Qərbin məqsədi, ölkələri təxribata çəkmək, müharibə və qan tökməkdir”

Rusiyadan AB-yə Ermənistan təpkisi “Avropa Birliyinin (AB) Ermənistan ordusuna 10 milyon avroluq hərbi yardım göstərmək qərarının arxasında AB-nin Cənubi Qafqaz regionuna dağıdıcı təsirini genişləndirmək üçün geosiyasi hesablaması dayanır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu sözləri həftəlik mətbuat konfransında AB-nin Azərbaycanla sülh prosesinin davam etdiyi bir şəraitdə Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avroluq hərbi yardım ayırma qərarını necə qiymətləndirdiyi sualını cavablandırarkən deyib.

AB-nin dinc əsasını itirdiyini və istifadə edə biləcəyi sülh potensialının olmadığını bildirən Zaxarova, “Bir vaxtlar AB ən azı adından sülh, sabit vəziyyət üçün can atırdı və işləri gücləndirməyə çalışırdı. Sülh məqsədləri naminə indi biz nələrin baş verdiyini, hansı qərarların qəbul edildiyini görə bilirik.  AB militarizasiyaya, münaqişəyə doğru bir yol tutub. Öz vətəndaşlarının deyil, ABŞ və NATO-nun xeyrinə xidmət edir”.

Rusiyanın xəbərdarlıqları qərblilərin postsovet məkanını münaqişə zonasına çevirməyə çalışdığını təsdiqlədiyir. Zaxarova, “ABŞ Konqresi nümayəndələrinin Mərkəzi Asiya ölkələrinin Rusiya ilə yaxşı münasibətlərə imkan verməmək üçün münasibətləri necə qurması ilə bağlı verdiyi açıqlamaları çox şey ifadə edir”, – deyib.

Zaxarova bildirib ki, AB-nin fikrincə, Bakı ilə İrəvan arasında mövcud ziddiyyətlərin artırılması Rusiya və Qərbdən müstəqil suverenlik siyasəti yürüdən digər ölkələrə nəzarət məqsədinə cavab verir. Xəritədə münaqişə və qeyri-sabitlik nöqtəsinin olmasının kollektiv Qərbin xeyrinə olmayacağını vurğulayan Zaharova: “AB-nin Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro göndərmək planının arxasında AB-nin Cənubi Qafqaz regionuna dağıdıcı təsirini genişləndirmək üçün geosiyasi hesablaması dayanır. Ukrayna nümunəsi göstərir ki, Avropa Sülh Fondu adlanan qurumun məqsədi sülh, sabitlik və təhlükəsizlik deyil. Müharibə, ölkələri təxribata çəkmək və qan tökməkdir. Qərbin “parçala, hökm sür” prinsiplərinə uyğun yanaşmalarının regionun sabitliyi və təhlükəsizliyi baxımından heç bir müsbət tərəfi yoxdur”.

 





24.07.2024    çap et  çap et