İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, “Alman polisinin bir çox İslami mərkəzləri bağlamasından sonra Almaniyanın Tehrandakı səfiri Hans-Udo Muzel Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyilir.
Bəyanatda Almaniya səfirinə ölkəsindəki şiə müsəlmanlara məxsus dini mərkəzlərin və məscidlərin bağlanmasının “düşmənçilik” və “insan haqlarının əsas prinsiplərinə zidd” olduğu bildirilib və bu məsələ ilə bağlı Tehranın sərt etirazlarının Berlin rəhbərliyinə çatdırmaq üçün səfirə təqdim olunub.
Almaniya hökuməti ölkədəki şiə icmasının mühüm mərkəzlərindən biri olan “Hamburq İslam Mərkəzi”ni və onun filiallarını “antisemitizm” səbəbilə bağladığını açıqlayıb. Qadağa qərarından sonra polis 8 əyalətdə 53 mülkdə axtarış aparıb və bu təşkilatların aktivlərinə həbs qoyub.