Nazirlikdən verilən açıqlamada, Rusiya hava məkanına nəzarət vasitələrinin Qara dənizdə Rusiya Federasiyası sərhədinə yaxınlaşan bir qrup hava hədəfi aşkar etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus “Su-27” döyüş təyyarəsi hava hədəfinin kimliyini öyrənmək və sərhəd pozuntusunun qarşısını almaq üçün havaya qalxıb. Qırıcının yaxınlaşdığını görən İngilis təyyarələri Rusiya Federasiyasının dövlət sərhədindən geri qayıdıb”, – bəyanatda deylir.
Açıqlamada, Rusiya təyyarəsinin öz hava limanlarına sağ-salamat geri döndüyü və sərhədin pozulmasına icazə verilmədiyi bildirilib: “Rusiya döyüş təyyarəsinin uçuşu neytral sular üzərində hava məkanı beynəlxalq qaydalara və təhlükəsizlik tədbirlərinə tam uyğun olaraq həyata keçirilib”.