Vaxt.Az

Yerdən 12 işıq ili uzaqlıqda


 

“James Webb” “Super Yupiter”in fotolarını çəkib

Yerdən 12 işıq ili uzaqlıqda Yerdən təxminən 12 işıq ili uzaqlıqda yerləşən “Super Yupiter” adlanan ekzoplanetin fotosunun ABŞ Aeronavtika və Kosmos Agentliyinə məxsus “James Webb” Kosmik Teleskopu ilə çəkildiyi bildirilib.

NASA-dan verilən yazılı açıqlamaya görə, Almaniyadakı Maks Plank Astronomiya İnstitutunun tədqiqatçıları nəhəng ekzoplaneti araşdırıblar.

Tədqiqatçılar qeyd ediblər ki, kütləsi Yupiterdən bir neçə dəfə böyük olan “Epsilon Indi Ab” adlı ekzoplanet “birbaşa fotoşəkil çəkilmiş ən soyuq ekzoplanetlərdən biridir”.

Tədqiqatın müəlliflərindən olan Elizabet Metyus (Elisabeth Matthews), Günəşə bənzəyən “Epsilon Indi Ab” adlı K tipli ulduzun ətrafında fırlanan ekzoplanetin planetlər arasında Yupiterə ən çox bənzədiyini, lakin ondan daha böyük olduğunu bildirdi.

Metyus, təxmini temperaturu 2 dərəcə Selsi ilə “Super Yupiter” olaraq xarakterizə edilən “Epsilon Indi Ab” kimi soyuq planetlərin təsbit edilməsinin daha çətin olduğunu vurğulayıb.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

 





25.07.2024    çap et  çap et