Şotlandiya Dəniz Elmləri Dərnəyinin tədqiqatçıları tərəfindən edilən kəşfin Yer kürəsində həyatın ilk dəfə necə başladığına dair anlayışı yenidən formalaşdıra biləcəyi düşünülür.
Araşdırma qrupunun rəhbəri Endryu Svitmən (Andrew Sweetman), əldə etdikləri məlumatların fövqəladə olduğunu açıqlayaraq, “əvvəlcə sensorların qırıldığını düşündük, çünki dərin dənizdə edilən hər bir araşdırmada istehsal deyil, yalnız oksigen istehlak edilirdi”, – deyib.
Yalnız bitkilər və yosunlar kimi canlıların fotosintez yolu ilə oksigen istehsal edə biləcəyi düşünülürdü. Lakin günəş işığının çata bilmədiyi okean səthindən 4 kilometr aşağıda tünd oksigen adlanan polimetal düyünlər adlanan kiçik mineral yataqlarının əmələ gəldiyi qeyd edilib.