Vaxt.Az

Çindən gözlənilməz Rusiya qərarı


 

Ukrayna son anda açıqladı

Çindən gözlənilməz Rusiya qərarı Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Çin lideri Si Tsinpin Çinin Rusiyaya silah tədarük etməyəcəyini təsdiqləyib. Zelenski gecə vaxtı Ukrayna xalqına ənənəvi video müraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Çıxışında Ukrayna xarici işlər naziri Kulebanın Çində rəsmi təmasları olduğunu xatırladan Zelenski bunun uzun müddətdən sonra Çinə ilk yüksək səviyyəli səfər olduğunu vurğulayıb.

Çin prezidenti Si Tsinpinin daha əvvəl ona Çinin Rusiyaya silah verməyəcəyini söylədiyini qeyd edən Zelenski, Kulebanın təmasları zamanı bu məsələnin də təsdiqləndiyini bildirib.

Zelenski deyib: “Çinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair açıq siqnal var. Si Tsinpinin mənə Çinin Rusiyaya silah verməyəcəyini dediyi də təsdiqlənir. Nazir Ukraynaya qayıtdıqdan sonra ətraflı ondan hesabatı gözləyirəm”.

 





25.07.2024    çap et  çap et