“Belə bir dəvət absurd idi, gördüyümüz budur”, – Ağ Ev sözçüsü Karen Jan-Pier jurnalistlərə bildirib. Sözcü, Baydenin seçki ilə bağlı qərarının “sağlığı ilə heç bir əlaqəsi olmadığını” söyləyib.
O, vurğulayıb ki, prezident Bayden yarışdan çəkilmək və özünü bir prezidentlik müddəti ilə məhdudlaşdırmaq qərarına baxmayaraq, “axsaq ördək deyil”. Baydenin “bacardıqlarımız üzərində qurmaq istədiyini” ifadə edən sözçü, “əlbəttə ki, özümüzü topal kimi görmürük”, – deyib.
Karen Jan-Pier, Ağ Evin prezident Co Baydenin prezidentlik yarışından çəkilmək qərarından əvvəl səhhətindəki mümkün pisləşməni ört-basdır etməsi ilə bağlı iddiaları rədd edib. “Bu, ört-basdır deyil. Bilirəm ki, bu, hamınızın ürəyindən keçən hekayədir. Amma bu, siz düşündüyünüz kimi deyil”, – deyib.