Vaxt.Az

«2015-ci il qlobal seçim ili olacaq»


 

Pan Qi Mun: «Biz hazırda yol ayırıcısındayıq»

«2015-ci il qlobal seçim ili olacaq» BMT baş katibi Pan Qi Mun dünyanın təkbaşına həll oluna bilməyən böyük problemlər ilə qarşılaşdığını bildirib. APA-nın «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pan Qi Mun Praqa Universitetində çıxış edərkən bəyan edib.

«Hazırda biz yol ayırıcısındayıq. Bu gün dünyanın qlobal gündəliyində üç məsələ mövcuddur ki, onlar gələcək nəsillərin həyatına təsir göstərəcək: yoxsulluğun, aclığın, xəstəliklərin miqyasının azaldılması; sabit inkişafın  irəlilədilməsi; iqlim dəyişikliyi problemi. Bununla belə, 2015-ci il qlobal seçim ili olacaq»- deyə Pan Qi Mun vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Nyu-Yorkda, 2015-ci ildə iqlim dəyişikliyi üzrə hüquqi razılaşmanın əldə olunması məqsədilə xüsusi sammit keçiriləcək.

 





05.04.2014    çap et  çap et