Yaponiyanın qərbindəki Himeji Bələdiyyəsi də keçən ay verdiyi açıqlamada UNESCO-nun Ümumdünya İrs siyahısında olan 17-ci əsrdən qalma Himeji qalasına xarici turistlər üçün giriş haqqının ən az 4 dəfə artırılmasının planlaşdırıldığını açıqlamışdı.
Bu ilin birinci yarısında Yaponiyaya təxminən 17,78 milyon turist səfər edib. Bu rekord sayda olanların əksəriyyəti ölkəyə Cənubi Koreya, Çin, Tayvan və ABŞ-dan gələnlərdir.
Osaka əyaləti həmçinin həddindən artıq turizmə qarşı çıxmaq üçün xarici ziyarətçilərdən əlavə vergilər tutmağı düşünür. Səlahiyyətlilər bunun 2025-ci ildə Osakada keçiriləcək EXPO Sərgisindən əvvəl qüvvəyə minə biləcəyini bildirir.
Digər tərəfdən paytaxt Tokioda bir restoran aprel ayından ikiqat qiymət tətbiq edir.
Tamatebako adlı dəniz məhsulları restoranı xarici turistlərdən həftə içi hər gün açıq bufet üçün 7678 Yapon Yen (təxminən 85 manat) alır. Yerli əhali üçün qiymət 6578 Yapon Yen (təxminən 74 manat) təşkil edir.
Yaponiyanın “Kyodo News” xəbər agentliyinə danışan iş adamı Şoqo Yonemitsu qiymət tətbiqi ilə bağlı bunları söyləyib: “Yapon dilli vətəndaşlar və ingilis dilində xüsusi xidmətə ehtiyacı olan xarici turistlər üçün eyni menyu qiymətini necə təyin edə bilərik?”
Fevral ayında “Loyalty Marketing” araşdırma şirkəti tərəfindən dərc edilən sorğuda iştirakçıların təxminən 60 faizi iki səviyyəli qiymətləri dəstəklyib.
Bununla belə, “Kokugakuin” Universitetindən Tomoya Umekava ikitərəfli qiymət siyasətinin diqqətlə müəyyən edilməsi lazım olduğuna diqqət çəkdi: “Yapon yenindəki enişdən sonra əcnəbilərin ödəyə biləcəyi dar düşüncəli yanaşma ilə qiymətlərin qəfil dəyişməsi problem yarada bilər”.