Vaxt.Az

“Fox News” debat təklif edir


 

Telekanal sentyabrda prezidentliyə namizədlərin üz-üzə gəlməsi təşkil etməyə hazırdır

“Fox News” debat təklif edir “Fox News” ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp və vitse-prezident Kamala Harris arasında sentyabrın 17-də debat keçirilməsini təklif etdiyini açıqlayıb.

İllərini ABŞ prezidenti Co Baydenin kölgəsində keçirdikdən sonra ABŞ siyasi səhnəsində ön sıralarda olan Harrisin prezident seçkilərinə bir neçə həftə qalmış partiyasından geniş dəstək alan Donald Trampa qarşı öz yanaşmasını tətbiq etmək imkanı var.

Demokrat prezident Bayden seçkidən qəfil geri çəkildikdən sonra onu əvəz edən 50 yaşlı Harris çox incə bir tənliklə üzləşib.

2022-ci ildən Ağ Evə namizədliyini irəli sürən Trampın Milouki şəhərində Respublikaçılar Partiyasının qurultayına bənzər mütəşəkkil bir prosesi idarə edəcək kampaniya komandasını toplamaq üçün aylar var idi.

Amma Kamala Harrisin namizəd kimi imicini yaxşılaşdırmaq və Bayden ilə birlikdə seçkilərdə zəifləyən demokrat imicini düzəltmək üçün cəmi dörd aydan da az vaxtı var.

 





25.07.2024    çap et  çap et