Almaniya Xəbər Agentliyinin (DPA – Deutsche Presse-Agentur) verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın öz siyasi istiqamətini seçmək hüququna malik olduğunu, lakin Moskvanın Ukraynadakı geosiyasi dəyişikliyin təkrarlanmasına ehtiyac olmayacağına ümid etdiyini bildirib.
2014-cü ildə Yanukoviçin devrilməsinə cavab olaraq Rusiya Krımı ilhaq edib və Donbasın bir hissəsinin Moskvayönlü qüvvələr tərəfindən işğalını dəstəkləyib. İki ildən çox əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
Rusiya uzun müddətdir ki, Qafqazda Ermənistan üçün qoruyucu güc kimi görünür. Lakin son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsini qərbə köçürməsi ilə münasibətlər soyuqlaşıb. Nəticədə Rusiya kənara çəkildi və Azərbaycan Dağlıq Qarabağda 30 illik işğala son qoyaraq ölkədə ərazi bütövlüyünü bərpa etdi. Bununla belə, Peskov vurğulayıb ki, Rusiya hələ də Ermənistanı forpost kimi görür və onu əldən vermək istəmir.