Vaxt.Az

Frankfurt aeroportu iflic olub


 

İqlim fəallarının aksiyası nəticəsində 50 uçuş ləğv edilib

Frankfurt aeroportu iflic olub İqlim fəallarının aksiyası səbəbindən Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb, lakin polisin fəallara müdaxiləsindən sonra gecikmə ilə yenidən başlayıb. Hava limanında iqlim fəallarının keçirdiyi etiraz aksiyasına görə 50 aviareys ləğv edilib. Aksiya iştirakçısı 8 fəal saxlanılıb.

Hava limanının sözçüsü aksiya ilə əlaqədar 50 reysin ləğv edildiyini təsdiqləyib.

“Letzte Generation” (Son Nəsil) qrupunun “X” hesabında edilən açıqlamada, “Neft, qaz və kömür çıxarmağa və istifadə etməyə davam etmək varlığımız üçün təhlükədir. 2030-cu ilə qədər qalıq yanacaqlardan istifadəni dayandırın”, – yer alıb.

Polis bildirib ki, 8 fəal saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra onlara qarşı hava hərəkətinə təhlükəli müdaxilə və icazəsiz girişə görə cinayət işi qaldırılıb.

İqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında hava nəqliyyatını təxminən 3 saat iflic edib.

İki gündür davam edən etiraz aksiyaları şəhər polisini bütün hava limanlarında təhlükəsizliyi artırmağa məcbur edib.

 





25.07.2024    çap et  çap et