İfrat solçu LFI partiya qrupunun verdiyi yazılı açıqlamada, Fransanın ev sahibliyi edəcəyi paytaxt Parisdə keçiriləcək 2024 Olimpiya Oyunlarının sosial, iqtisadi və ekoloji nəticələri ilə bağlı “xalq komissiyası” adı altında araşdırma komissiyası quracaqları bildirilib..
Açıqlamada bildirilib ki, “millyardlarla insana birbaşa təsir edən Olimpiya Oyunları üçün yaradılacaq təhqiqat komissiyası” çərçivəsində Fransada ictimai qərar qəbul edənlərin, yerli hakimiyyət orqanlarının, idmana məsul şəxslərin və Olimpiadalara ev sahibliyi edən ölkələrdən ictimai xidmət idarəçiləri, dərnək və birliklər, idman iqtisadiyyatı və hüquq mütəxəssislərindən rəylər alınacaq.
“Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi Olimpiya və Paralimpiya Oyunlarının idmanın harmoniyası və həzz alması ilə heç bir əlaqəsi yoxdur”. Açıqlamada bu olimpiya modelinin “ticarət yönümlü” olduğu vurğulanıb.
Bəyanatda “qanunsuz mühacirləri” şəhərdən çıxaran və ictimai azadlıqları məhdudlaşdıran Olimpiadanın prezident Emmanuel Makronun “uğursuz və ifrat” siyasətini daha da pisləşdirdiyi də yer alıb.
Bəyanatda 2030-cu il Qış Olimpiya Oyunlarına da ev sahibliyi edəcək Fransada yaradılacaq ictimai komissiyanın əhəmiyyətinə diqqət çəkilərək, “Olimpiya Oyunlarının təşkili prosesinin və onun cəmiyyətə təsirinin ciddi və dürüst təhlili olmadan belə bir təşkilatın keçirilməsi ağlasığmazdır”, – deyilib.
Bəyanatda həmçinin qeyd olunub ki, yay boyu davam edəcək araşdırmaların nəticələri sentyabrın 8-də Paralimpiya Oyunları başa çatdıqdan sonra yeni parlament dövrünün əvvəlində açıqlanacaq.