Məşhur aktyor, Çina Mivill ilə birlikdə yazdığı yeni kitabı “The Book of Elsewhere'i”ni (Başka Yerlerin Kitabı) tanıtmaq üçün bazar ertəsi gecəsi “The Late Show”da Stiven Kolbertin qonağı olub.
Məşhur elmi fantastika haqqında Rivz “Matrix mənim həyatımı dəyişdi” deyib: “O, bu illər ərzində bir çox insanın həyatını həqiqətən müsbət və gözəl şəkildə dəyişdi. Bir sənətçi olaraq film çəkərkən və ya hekayə danışarkən buna ümid edirsən. İllər keçdikcə və tanış olduğum insanlar “Matrix”dən o qədər müsbət təsirləndiklərini deyirlər... Ən yaxşısı budur”.
1999-cu ildə buraxılan və Vaçovskilərin prodüseri olduğu “The Matrix" filmində Rivz, həyatın şüurlu maşınlar tərəfindən yaradılan simulyasiya olduğunu kəşf edən kompüter proqramçısı və haker kimi tanınan Neo Tomas Anderson rolunu oynayıb.
Filmdə Kerri-Enn Moss (Carrie-Anne Moss), Lorens Fişborn (Laurence Fishburne) və Hyuqo Uivinq (Hugo Weaving) də rol alıb.
2021-ci ildə “Entertainment Tonight”a verdiyi müsahibədə Rivz filmin bütövlükdə kino istiqamətinə “təsirli” olduğunu söyləyib.
Həm fəlsəfədən, həm də böyük ideallardan bəhs edən belə əyləncəli elmi fantastika filmi çəkmək çətindir.
59 yaşlı Rivz hər üç filmdə rolu canlandırıb: ikisi 2003-cü ildə buraxılan “The Matrix Reloaded” və “The Matrix Revolutions” və 2021-ci ildə çəkilən “The Matrix Resurrections”.
Hazırda “The Cabin in the Woods” filminin rejissoru Dryu Qoddard (Drew Goddard) tərəfindən çəkiləcək yeni “Matrix” filmi üzərində iş gedir. Bu ekran əsəri Vaçovskilərdən birinin prodüseri olmayacağı ilk film olacaq.