Britaniya Milli Sağlamlıq Sistemi Qan və Transfüzyon (NHSBT) tərəfindən dərc edilən xəbərdarlıqda paytaxt Londonda xidmətlərə təsir edən kiberhücumdan sonra donor mərkəzlərindəki randevuların baş tutmadığı və qan tələbinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
NHSBT rəsmiləri həmçinin xəstəxanalardan “vacib hallarda Rh O qanının istifadəsini məhdudlaşdırmağı” və ya təhlükəsiz yerlərdə “alternativ qan istifadə etməyi” tələb edib.
“Xüsusilə “0 Rh-“ qana ehtiyac kritik olaraq qalır”. NHSBT-nin baş icraçısə doktor Co Farrar, keçən ay edilən çağırışdan sonra könüllü qan vermələrin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkərək, “Ancaq 7 həftədən sonra belə “0 Rh-“ qan ehtiyacı kritik olaraq qalır”, – deyib.
NHSBT-nin son məlumatları göstərdi ki, İngiltərədəki milli “0 Rh” ehtiyatları 6 günlük hədəfdən xeyli aşağıdır və təxminən 1,5 günə kifayət edə bilər.
Səhiyyə orqanları təcili olaraq “0 Rh-“ və “0 Rh+” qan donorlarını donor mərkəzində randevu təyin edərək qan verməyə çağırıblar.