Vaxt.Az

“OpenAI”dan axtarış sistemi “SearchGPT”


 

Uğurlu alınsa, “ChatGPT”-yə birləşdiriləcək

“OpenAI”dan axtarış sistemi “SearchGPT” Süni intellekt “ChatGPT”nin yaradıcısı OpenAI yeni axtarış xüsusiyyətlərinin prototipi olan “SearchGPT”ni sınaqdan keçirdiyini açıqlayıb.

Şirkət tərəfindən edilən açıqlamada “SearchGPT”nin istifadəçilərə aydın və uyğun qaynaqlarla “sürətli cavablar” təqdim etmək üçün süni intellekt modellərinin gücünü internetdəki məlumatlarla birləşdirmək üçün nəzərdə tutulduğu ifadə edildi”, –– deyilir.

Açıqlamada, sözügedən axtarış sisteminin istifadəsinin reaksiyasını almaq üçün kiçik bir istifadəçi və nəşriyyat qrupu ilə başlayacağı bildirilib.

Bu prototipin müvəqqəti olduğu və bu xüsusiyyətlərin ən yaxşılarının gələcəkdə birbaşa “ChatGPT”yə inteqrasiyasının planlaşdırıldığı bildirilib.

Açıqlamada qeyd edilib ki, “SearchGPT” istifadəçilərin suallarını internetdə ən son məlumatlarla tez və birbaşa cavablandıracaq, müvafiq resurslara aydın bağlantılar təqdim edəcək və üstəlik istifadəçilər axtarışlar zamanı söhbət edirmiş kimi əlavə suallar verə biləcəklər.

“OpenAI”nin baş icraçı direktoru Sem Altman öz paylaşımında “Biz onu ChatGPT-yə birləşdirəcəyik”, – deyib.

 





25.07.2024    çap et  çap et