Hava limanının saytında verilən açıqlamada deyilir: “Təhlükəsizlik məqsədilə terminal boşaldılmalı olub və hazırda bağlıdır”.
Uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Daha sonra hava limanından verilən açıqlamada, Bazel-Mulhouse hava limanının bomba həyəcanı səbəbiylə adi təhlükəsizlik protokoluna uyğun olaraq fəaliyyətini bərpa etdiyi bildirilib.
***
Fransanın milli dəmir yolu şirkəti SNCF “X” sosial platformasındakı hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı açıqlama verib.
Açıqlamada Fransanın qərbi, şimalı və şərqindəki qatar xidmətlərinin “Pis niyyətli şəxslərin hərəkətləri” nəticəsində qatar xətlərinin böyük ölçüdə kəsildiyi bildirilib.
SNCF-nin açıqlamasında bu hərəkətlərə görə qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarlarda fasilələr yarandığı qeyd edilib.
Açıqlamada, “yüksək sürətli qatar şəbəkəsini pozmağa yönəlmiş bu böyük hücumdan” sonra bir çox qatarın fərqli xətlərə yönləndirildiyi və bəzi reyslərin ləğv edildiyi ifadə edildi.
Açıqlamada, dəmir yolu nəqliyyatında yaranan fasilələrdən zərər çəkənlərin xəbərdar ediləcəyi vurğulanaraq, “İmkanı olan bütün sərnişinlərimizdən səfərlərini təxirə salıb stansiyaya getməmələrini xahiş edirik”, –deyilib.