Müraciətdə bildirilir ki, özəl məktəblərdən dövlət məktəblərinə keçmək istəyən şagirdlər üçün şərtlər ləğv edilib. Beləliklə, bu tədris ilinin sonuna qədər «Camaat» məktəblərində oxuyan bütün şagirdlər minimum ballarla dövlət məktəblərinə keçə bilərlər.
Keçən ay da Gənclik və İdman Nazirinin nəzdindəki yataqxanalarda şərait yaradılmışdı. Sonra isə özəl «Camaat» yataqxanalardakı tələbələr dəvət olunmuşdu. İl ortasında dövlət yataqxanalarına keçmək şəraiti yaradılmışdı.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da çıxışlarının birində «Camaat» yataqxanalarında qalan tələbələrə səslənərək demişdi: «Dövlət yataqxanalarında boş yerlər aşkarladıq. Ən qısa vaxtda müraciət edin. Əgər yataqxanalarda yer olmasa da sizlər üçün otellərdə şərait yaradacağıq. Bunların zülmü ilə sizi əsla baş-başa qoymarıq».