Rusiya kəşfiyyatı FSB-nin verdiyi açıqlamada, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə əməkdaşlığı nəticəsində Rusiya Müdafiə nazirinin keçmiş müavini general Dmitri Bulqakovun əməliyyat çərçivəsində saxlanıldığı bildirilib. Generala korrupsiya ilə bağlı cinayət işi açılıb və məhkəmədən əvvəl təcridxanaya aparılıb.
Açıqlamada Bulqakovun qanunsuz fəaliyyətinin səbəb və şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və əməliyyatların davam etdirildiyi bildirilib.
Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko da sosial media hesabında verdiyi açıqlamada 2008-2022-ci illərdə nazir müavini olmuş Bulqakovun korrupsiya işi ilə bağlı araşdırma aparıldığını və Bulqakovun bu işdə həbs qətimkan tədbiri seçildiyini bildirib.
Dmitri Bulqakov 2008-2022-ci illərdə Rusiya Müdafiə nazirinin müavini vəzifəsində çalışarkən uzun müddət Rusiya ordusunun maddi-texniki təminatına cavabdeh olub.