Vaxt.Az

Trampdan Harissə iki eyham


 

“İnəyin hökmranlğı”, “Afrikadan, Asiyadan gəlirlər” sözlərilə miqrant ailəsini nəzərdə tutub?

Trampdan Harissə iki eyham ABŞ-ın hazırkı prezidenti Co Bayden builki seçkilərdə iştirak etməyəcəyini elan etdikdən sonra vitse-prezident Kamala Harrisin Trampa qarşı mübarizə aparacaq Demokratlar Partiyasından namizəd kimi onu əvəzləyəcəyi gözlənilir.

Tramp Şimali Karolina ştatının Şarlotta şəhərində etdiyi çıxışda Harrisi “qırmızı əti qadağan edən qanunlar qəbul etmək” istəməkdə günahlandırıb və bunun sonda “inəyin hökmranlığına” (Hindistandakı kimi – Vaxt.az) gətirib çıxara biləcəyini bildirib.

Tramp, “Kəmalə hətta iqlim dəyişikliyini dayandırmaq üçün qırmızı əti qadağan edən qanunlar qəbul etmək istəyir... Bunun nə demək olduğunu bilirsinizmi? Bu o deməkdirmi ki, artıq inək yoxdur? Təhlükəli. “Düşünürəm ki, nəticədə bu, artıq heç kimin olmayacağı anlamına gələcək”.

Tramp eyni çıxışı zamanı immiqrasiyadan danışarkən, uydurma doktor Hannibal Lekteri də misal çəkib: “Onlar təkcə Cənubi Amerikadan deyil, Afrikadan (Donald Harris Yamayka vətəndaşı miqrant olub), Asiyadan (Şamala Gopalan Hindistandan gələn miqrant bioloq alim), Yaxın Şərqdən gəlirlər. Hər yerdən gəlirlər... Dünyanın hər yerindən, həbsxanalardan, təcridxanalardan, ruhi xəstəxanalardan və psixiatriya klinikalarından ...”.

Respublikaçı namizədin seçki kampaniyası dünən (cümə axşamı) elan etdi ki, Donald Tramp  Demokrat Partiyasının namizədliyi hələ rəsmiləşmədiyi üçün Kamala Harrislə iddia edilən debat üçün hər hansı cədvəl təyin etməkdən imtina edib.

Trampın seçki kampaniyasının sözçüsü Stiven Çeunq açıqlamasında deyib: “Demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar vermədikcə, ümumi seçki debatının təfərrüatları yekunlaşa bilməz... Harrislə proqram hazırlamaq düzgün olmaz, çünki Demokratlar öz seçimlərini dəyişə bilərlər”.

Donald Tramp çıxışındakı iki ana mövzu ilə Harrisin immiqrant ailədən olmasına diqqət çəkib. 

 





26.07.2024    çap et  çap et