Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabındakı paylaşımında “AB Ukraynanın yanındadır. Bu gün biz Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyimiz 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük. Kremlin pulları Ukraynanı və bütün Avropanı yaşamaq üçün təhlükəsiz yerə çevirməkdən daha yaxşı məqsədlər üçün istifadə oluna bilməz”.
Avropa Birliyindən verilən yazılı açıqlamada bunun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin ilk transferi olduğu bildirilib.
AB ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı sanksiya olaraq Rusiya Mərkəzi Bankının təxminən 210 milyard avro pulunu dondurmuşdu.
Əsasən Belçikada yerləşən qiymətli kağızların uyğun qiymətə dəyişdirilməsi və saxlanması xidmətləri göstərən “Euroclear”da saxlanılan puldan əldə edilən gəlirin Ukraynaya hərbi dəstək və müharibədən zərər çəkmiş ölkədə yenidənqurma səylərinə sərf edilməsi qərara alınıb.
Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin hər il 3 milyard avroya çata biləcəyi təxmin edilir.