Vaxt.Az

AB terror siyahısını yeniləyib


 

“The Base” “neo-nasist” kimi iki qitədə və beş ölkədə məşhur imiş

AB terror siyahısını yeniləyib Avropa Birliyi (AB) ABŞ-da yerləşən “The Base” (Baza) adlı ifrat sağçı təşkilatı terror təşkilatlarının siyahısına əlavə edib.

AB Şurasından verilən yazılı açıqlamada, “The Base”nin 2018-ci ildə Rinaldo Nazzaro tərəfindən qurulduğu və “terror aktlarında iştirak edən ifrat sağçı təşkilat olduğu” bildirilib.

ABŞ mərkəzli təşkilatın AB-yə üzv ölkələrdəki vəsaitlərinin, maliyyə aktivlərinin və iqtisadi qaynaqlarının dondurulmasına qərar verildiyi və AB ölkələrinin təşkilata vəsait və iqtisadi qaynaqlar verməsinin qadağan edildiyi bildirilib.

İlk dəfə 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarından sonra yaradılan siyahıya 22 təşkilat və 15 şəxs daxil edilib.

AB 2002-ci ildə PKK-nı terror təşkilatları siyahısına daxil edib.

***

“The Base” təşkilatı Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın “terror təşkilatı” siyahısındadır.

Kanadanın terror təşkilatları siyahısında “neo-nasist” kimi qələmə verilən təşkilat ABŞ başda olmaqla müxtəlif Avropa ölkələrində fəaliyyət göstərir.

Təşkilatın 2020-ci ildə ABŞ-ın Virciniya ştatında keçirilən mitinqə hücum etməyi planlaşdırdığı və Şimali Amerika bölgəsində üzvləri üçün hərbi təlim düşərgələri təşkil etdiyi məlum olub.

“Ağ üstünlüyü” müdafiə edən təşkilatın 5 üzvü Avropa Polis Təşkilatının (Europol) ötən il keçirdiyi əməliyyatda “internetdə zorakı ekstremist təbliğat yaymaq, təşkilata yeni üzvlər cəlb etmək kimi terror fəaliyyətləri və 3D çap metodundan istifadə edərək silah hazırlama təlimatını paylaşmışdı.

“Europol” axtarışlar zamanı tapılan silahların ələ keçirildiyini və təşkilatın “terror aktı törətməyə hazırlaşdığını” bildirmişdi.

 





26.07.2024    çap et  çap et