“Keçmiş prezident Trampın qulağına dəyən, mərhumun silahından atılan, ya bütöv, ya da kiçik parçalara ayrılmış güllə olub”, – deyə bəyanatda bildirilir.
FTB-nin bəyanatı Trampın yaralanması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən indiyə qədər verilən ən qəti bəyanat hesab edilib.
İyulun 24-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin iclasında FTB direktoru Kristofer Vray, “Trampın sağ qulağına xəsarət yetirən güllə, qəlpə və ya şüşə parçası olub-olmaması ilə bağlı suallar var”, – demişdi.
Tramp “Truth Social” hesabında da Vrayın açıqlamasına sərt reaksiya verərək, “FTB direktoru Kristofer Wray Konqresə deyib ki, mənim qəlpə, şüşə və ya güllə ilə vurulduğumdan əmin deyil. FTB bunu heç vaxt yoxlamadı. O heç nə bilmir”.
Trampın Ağ Ev həkimi Ronni Cekson da sui-qəsd cəhdi zamanı Trampın sağ qulağından güllə və ya başqa bir parça ilə yaralanıb-yaralanması ilə bağlı müzakirələrə bağlı olaraq, “Bunun güllədən başqa bir şey olduğuna dair qətiyyən heç bir sübut yoxdur, – deyib.
***
ABŞ-ın keçmiş prezidenti Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində seçki mitinqində kürsüdə çıxış edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb, ABŞ Gizli Xidməti isə hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
FTB hücumu sui-qəsd cəhdi olaraq müəyyən edib və araşdırmalardan sonra sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu açıqlanıb.