Vaxt.Az

Olimpiadada təhlükəsizliyi xəbərdarlığı


 

Sent-Çarls stansiyası boşaldılıb

Olimpiadada təhlükəsizliyi xəbərdarlığı Fransanın cənubundakı Marseldə unudulmuş çamadana görə Sent-Çarls (Saint-Charles) stansiyası boşaldılıb.

Fransa milli dəmir yolu şirkəti SNCF-nin cənub bölməsindən verilən açıqlamaya görə, Marseldəki Saint-Charles stansiyasında unudulmuş bir çamadan qatarların hərəkətində fasilələr səbəb olub.

Saat 09:00 radələrində unudulmuş çamadan səbəbilə stansiya boşaldılıb və xidmətlərində gecikmələr yaranıb. Təxminən 1 saat sonra qatar xidmətləri bərpa edilib.

Dünən Fransada keçirilən Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış ölkə boyu Pani-SürMozel (Pagny-sur-Moselle), Kurtalen (Courtellain) və Kruaziy (Croisilles) şəhərlərində qatar xətləri yandırılıb. Verjinı (Vergigny) şəhərində qatar xəttini yandırmaq cəhdinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma başlansa da, hadisəni törədənlər hələ də tapılmayıb.

Yanğın hücumları nəticəsində xüsusilə Atlantik okeanı sahilləri, ölkənin şimal və şərq hissələrinə qatarların hərəkətində fasilələr yaranıb.

SNCF-nin dünən verdiyi proqnozlara görə, ölkənin şərqinə hərəkət edən qatarlarda bu gün nəqliyyat normal olacaq, şimal istiqamətində uçuşların 80 faizi 1-2 saat gecikəcək.

Həmçinin bu gün Bretanya və Fransanın cənub-qərbinə hər üç reysdən ikisi 1-2 saat gecikəcək.

 





27.07.2024    çap et  çap et