Cənubi Koreya İdman Nazirliyindən verilən açıqlamada hadisənin təəssüf doğurduğu bildirilib və məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüş istənilib.
Açıqlamada BOK-dan buraxılan səhvə münasibət bildirilməsi istənilib və əlavə edilib: "Biz də Xarici İşlər Nazirliyindən Fransaya hökumət səviyyəsində ciddi şikayət tələb etdik. Koreya İdman və Olimpiya Komitəsi oxşar halların təkrarlanmasının qarşısını almaq üçün Paris Olimpiadasının Təşkilat Komitəsinə müraciət edib”.
Cənubi Koreyanın Paris Olimpiadasının missiyasının rəhbəri Conq Qanq-Sun da ölkəsinin etirazını BOK-a çatdıracaq. Fransız əlifba sırası ilə 153-cü ölkə olaraq parada qatılan Şimali Koreya düzgün şəkildə tanıdılıb.
Bu arada, BOK-un Koreya dilli rəsmi “X” hesabındakı yazısında, “Açılış mərasimində Cənubi Koreya nümayəndə heyətinin təqdimatı zamanı baş vermiş səhvə görə dərindən üzr istəyirik” ifadəsi işlədilib. Bununla belə, BOK hələ də ingilis sosial media hesabında üzr istəməyib.