Ukraynanın NATO və AB-yə üzv olmaq ümidlərini heç vaxt reallaşdıra bilməyəcəyini vurğulayan Orban, “Biz avropalıların bunun üçün kifayət qədər pulumuz yoxdur. Ukrayna bufer ölkə mövqeyinə qayıdacaq”, – deyib. Orban Rusiya və ABŞ arasında razılaşma ilə Ukraynaya beynəlxalq təhlükəsizlik zəmanətlərinin veriləcəyini iddia edib.
***
“Rusiyanın yumşaq gücünün beynəlxalq cazibəsi LGBT əleyhinə əhval-ruhiyyədir”, – deyən Orban, Qərb ölkələrini LGBT-ni müdafiə və təşviq etdiklərinə görə tənqid edib. Xristian dəyərlərinin müdafiə edilməli olduğunu deyən Orban, “Qərbdə əxlaq qalmayıb. Biz bunu Paris Olimpiadasının açılışında da gördük”.
Orban, “Biz dar, incə, avokado, latte, qatqısız liberallar əvəzinə cəsur, millətçi və gənc xristianların toplaşa biləcəyi bir bayraq qaldırmalıyıq”, – dedi.
***
Təxminən 2 saat davam edən çıxışında Orban noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampı dəstəkləyib. Orban Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyini proqnozlaşdırmışdı. Macarıstan lideri təklif edib ki, Avropa o vaxta qədər Ukrayna ilə bağlı siyasətini dəyişməsə, Trampın qələbəsindən sonra edə biləcəyi yeganə iş məğlubiyyəti qəbul etmək olacaq.
Trampın yenidən seçilmək məqsədinin ABŞ-ı post-millətçi liberal dövlətdən yenidən milli dövlətə çevirmək olduğunu və bunun üçün cəzalandırıldığını iddia edən Orban, “Bu səbəbdən onu həbs etmək istəyirlər. Ona görə də mülklərini ələ keçirmək istəyirlər. Heç biri nəticə vermədikdə, onu öldürmək istədilər”.
***
Mühacir əleyhinə fikirləri ilə tanınan və Avropanı “qarışıq irqli cəmiyyət”ə çevrildiyini tənqid edən Orban, azalan və qocalan əhali probleminin həllinin immiqrantları qəbul etməklə olmadığını müdafiə etdi. Orban, “Azalan əhalinin immiqrasiya ilə əvəz olunmasından söhbət gedə bilməz. Qərbin bununla bağlı təcrübəsi ondan ibarətdir ki, qonaqların sayı ev sahiblərinin sayından çox olanda o, artıq ev deyil. Bu, alınmamalı olan bir riskdir, – deyib.