***
Tramp Harris haqqında “o, üç həftə əvvəl heç kim idi, uğursuz vitse-prezident və milyonlarla insanın keçdiyi sərhədi qoruya bilməyən administrasiya üzvü idi. Əvvəlcə onu “sərhəd keşikçisi” elan etdilər, amma indi dediklərini danırlar. Tariximizdə ən pis sərhəd təhlükəsizliyinə malik olduğumuz üçün bu sözləri hər yerdə silirlər. 3,5 il əvvəl ən yaxşı sərhəd mühafizəsi bizdə idi".
***
Prezident Bayden 2021-ci ildə Harrisi Mərkəzi və Cənubi Amerikadan kütləvi miqrasiyanın əsas səbəblərini həll etmək üçün təyin etdi. Bayden 2021-ci ilin martında Harrisin cənub sərhədində miqrant axını kimi problemləri həll etmək üçün Meksika, Qvatemala, Honduras və El Salvador ilə koordinasiya səylərinə rəhbərliyi ona həvalə etdi. Bu həftə Nümayəndələr Palatası da vitse-prezident Kamala Harrisi sərhəd təhlükəsizliyi ilə bağlı qınayan qanun layihəsini qəbul edib. Qanun layihəsi 220-196 səslə qəbul edilib.
***
Digər tərəfdən, Tramp vitse-prezident Kamala Harrisin adını daim səhv tələffüz etməsinə də toxunub: “Adınızı səhv tələffüz etməyimin vecimə deyil. İnsanlar mənim bunu qəsdən etdiyimi düşünür, amma eşitmişəm ki, adınızı tələffüz etməyin bir çox yolu var”.
Trampın Kəmalə Harrisin adını bilərəkdən səhv ifadə etdiyi düşünülür. Kamala adı hind dilindən gəlir. Trampın bu şəkildə Harrisin mənşəyini nəzərdə tutduğu iddia edilib. Tramp çıxışını “Harrisi amansızlıqla məğlub etməliyik” deyərək və seçicilərindən səs istəməsi ilə tamamlayıb.
***
ABŞ prezidenti Co Bayden keçən həftə namizəd olmayacağını açıqlayıb və yarışdan geri çəkilib. Demokrat Partiyasının gələn ay keçiriləcək növbəti qurultayında vitse-prezident Kamala Harrisi prezidentliyə namizəd kimi elan edəcəyi gözlənilir. Harrisin Demokratlar Partiyası daxilində prezidentliyə namizədlik üçün kifayət qədər nümayəndənin səsini topladığı açıqlanıb.